EXPERT TƏRCÜMƏ MƏRKƏZİ – Dünyaya Yol Açırıq!
Haqqımızda
“Expert” Tərcümə Mərkəzi 7 ildən çoxdur ki, müştərilərə peşəkar tərcümə, tərcümələrin notarial təsdiqi, apostel və leqalizasiya xidmətləri təklif edir. Bizi digərlərindən fərqləndirən əsas cəhətimiz tərcümə sifarişlərini 7/24 qəbul etməyimizdir. Bizimlə sənədləriniz sürətli, dəqiq və peşəkar şəkildə tərcümə edilir. Müştəri məmnuniyyəti önəm verdiyimiz əsas meyardır. Mərkəzimizin əsas prinsipi ölkəmizi dünyaya layiqincə təqdim edə bilməkdir. Axı biz sadəcə vətəndaşlara xidmət etmirik, eyni zamanda onlar vasitəsilə ölkəmizi tanıdırıq. Düşünürük ki, sənədlərdə edilə biləcək hər hansı səhv, diqqətsizlik tərcüməçilərimiz/vətəndaşlarımız haqqında qarşı ölkədə məsuliyyətsiz, savadsız təəssüratı yarada bilər, bu bizim üçün ən arzuolunmaz haldır. “Əliniz yüngül oldu”, “vizamızı aldıq”, “artıq istədiyim ölkədə/ universitetdə təhsil alıram” və s. kimi müsbət geri dönüşlər bizi daha da ruhlandırır. “Expert” Tərcümə Mərkəzi olaraq biz durmadan sizlərin istəklərini araşdırır, daim yenilənir və inkişaf edirik. Bizim əsas devizimiz budur: “Die Kunde ist der König –yəni, müştəri şahdır”. Bizi seçdiyiniz üçün hər birinizə təşəkkür edir və uğurlar arzu edirik.
XİDMƏT SAHƏLƏRİMİZ:
✔ Tərcümə: Mərkəzimizdə bütün dillərdən tibbi, texniki, akademik, hüquqi və digər sahələr üzrə peşəkar yazılı tərcümə xidmətləri mövcuddur. Bütün tərcüməçilərimiz ali təhsilli, təcrübəli və peşəkar tərcüməçilərdir. Təsadüfi deyil ki, bizim müştərimiz olmuş 99% müştəri xidmətimizdən tam razı qalmış, hətda bizi öz tanışlarına da tövsiyyə etmişdir. Uğur təsadüfi ola bilməz.
✔ Tərcümələrə notarial təsdiq: Sənədin peşəkar tərcüməçi tərəfindən düzgün və tam tərcümə olunduğunun, notarius tərəfindən rəsmən təsdiqlənməsidir. Bu zaman notarius tərcüməçini çağırır, onun şəxsiyyətini və tərcüməyə cavabdeh olduğunu rəsmi qaydada təsdiqləyir.Notarial təsdiq aşağıdakı hallarda tələb olunur:
• Məhkəmələrdə, təhsil, miqrasiya, nikah, doğum, viza, vəkalətnamə kimi hüquqi prosedurlarda istifadə ediləcəksə;
• Rəsmi orqanlara təqdim olunacaqsa;
• Xarici ölkələrdə etibarlı və qanuni sənəd kimi təqdim olunmalıdırsa
Tərcüməyə notarial təsdiq sənədin rəsmi statusunu artırır və onun qanuni şəkildə tanınmasını təmin edir. Beləliklə, sənədiniz dövlət və beynəlxalq qurumlarda etibarlı sayılır.
✔ Apostil – bir ölkədə verilmiş rəsmi sənədin başqa bir ölkədə də etibarlı olması üçün üzərinə vurulan xüsusi möhür və təsdiqdir. Bu, Haaqa Konvensiyasına qoşulan ölkələr arasında tətbiq olunur. Apostil sənədin orijinallığını və qanuniliyini sübut edir ki, onu başqa ölkədə də rahatlıqla istifadə edə biləsiniz. Əgər Azərbaycanda verilmiş diplomu İtaliyada istifadə etmək istəyirsinizsə, həmin diplomun üzərinə apostil vurulmalıdır. Apostel sənədin orjinalına və ya tərcüməsinə edilə bilər.
✔ Leqalizasiya: bir ölkədə verilmiş rəsmi sənədin başqa bir ölkədə hüquqi qüvvəyə malik olması üçün rəsmi orqanlar tərəfindən bir neçə mərhələdə təsdiq edilməsidir. Apostildən fərqli olaraq, leqalizasiya o ölkələr üçün tətbiq olunur ki, onlar Haaqa Konvensiyasına qoşulmayıb.
Leqalizasiya prosesi adətən aşağıdakı mərhələləri əhatə edir:
- Sənədin notarial təsdiqi
- Qəbul edən ölkənin səfirliyi və ya konsulluğu tərəfindən təsdiq
- Təqdim edən ölkənin aidiyyəti qurumları tərəfindən təsdiq (məsələn, Xarici İşlər Nazirliyi)
Hansı hallarda leqalizasiya tələb olunur?
• Sənədi apostillə təsdiq etmək mümkün deyilsə
• Qarşı tərəf ölkə Haaqa Konvensiyasına qoşulmayıbsa
• Məsələn, BƏƏ, Çin, Qətər, Kanada və s. kimi ölkələrdə sənədlərin leqallaşdırılması tələb olunur.
✔ Sənədlərin müxtəlif qurumlardan alınması:
Əgər sənədin sahibi xaricdədirsə və ya hər hansı bir səbəbdən sənəd işləri ilə məşğul ola bilmirsə, bu zaman biz etibarnamə əsasında həmin sənədi aidiyyatı qurumlardan alır və müştərinin istəyi üzrə olduğu ünvana göndəririk. Ancaq şəxsiyyət vəsiqələri və mülki sənədlər buna istisnadır.
✔ Yuxarıda qeyd etdiyimiz xidmətlərlə yanaşı Rusiya və Türkiyə universitetlərindən diplomların alınması və həmin ölkədə apostel etdirilərək Azərbaycana göndərilməsi xidmətlərimiz də mövcuddur.