Skip to content

Leqalizasiya

“Expert Tərcümə Mərkəzi” sənədlərinizin leqalizasiya prosesini peşəkar şəkildə həyata keçirir. Leqalizasiya – bir ölkədə verilmiş rəsmi sənədin başqa bir ölkədə hüquqi qüvvəyə malik olması üçün müvafiq dövlət qurumları tərəfindən təsdiqlənməsi prosesidir. Bu, əsasən dövlət orqanlarına, konsulluqlara, təhsil və miqrasiya qurumlarına təqdim olunacaq sənədlər üçün tələb olunur.

Leqalizasiya nə üçün lazımdır?

Əgər bir ölkədə verilmiş sənədi digər ölkədə istifadə etmək istəyirsinizsə (məsələn, təhsil almaq, işləmək, evlənmək, daimi yaşamaq və s. Məqsədlərlə), həmin sənədin rəsmi şəkildə tanınması üçün leqalizasiya tələb olunur.

Xidmətlərimiz:

🔹 Sənədlərin ilkin yoxlanılması

Sənədin leqalizasiya üçün yararlı olub-olmaması peşəkarlarımız tərəfindən əvvəlcədən qiymətləndirilir.

🔹 Leqalizasiya prosedurlarının təşkili

Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumlarında sənədlərinizin təsdiqlənməsi üçün bütün prosedurları biz icra edirik.

🔹 Tərcümə və notarial təsdiq

Zəruri hallarda sənədləriniz əvvəlcə tərcümə edilir, notarial təsdiqlənir və yalnız bundan sonra leqalizasiya mərhələsinə keçirilir.

🔹 Konsulluq leqalizasiyası

Leqalizasiya sənədin təqdim olunacağı ölkənin Azərbaycandakı konsulluğunda yekunlaşdırılır.

Leqalizasiya olunan sənədlər:

Doğum, nikah və ölüm şəhadətnamələri

Diplomlar, attestatlar, transkriptlər

Məhkəmə sənədləri

Vəkalətnamələr

Kommersiya və korporativ sənədlər

Arayış və digər dövlət sənədləri

Niyə bizi seçməlisiniz?

✅ Sürətli və düzgün icra

✅ Hüquqi prosedurlara tam uyğunluq

✅ Tam xidmət paketi: tərcümə + notariat + leqalizasiya

✅ Məxfiliyə və sənəd təhlükəsizliyinə zəmanət

Telefon WhatsApp