“Expert Tərcümə Mərkəzi” hüquq sahəsində hər növ sənədin peşəkar və dəqiq tərcüməsini təmin edir. Hüquqi tərcümə yalnız dil bilikləri ilə məhdudlaşmır – burada hüquqi terminologiyanı, qanunvericiliyin tələblərini və sənədlərin hüquqi qüvvəsini düzgün ifadə etmək mütləqdir.
Niyə hüquqi tərcümədə biz?
🔹 Peşəkar hüquqi tərcüməçilər
Tərcüməçilərimiz hüquq sahəsində dərin bilik və təcrübəyə malikdirlər.
🔹 Terminoloji dəqiqlik və orijinal forma
Hər bir sənəd hüquqi terminlərə və sənədin strukturuna uyğun şəkildə çevrilir.
🔹 Məxfiliyə zəmanət
Bütün hüquqi sənədləriniz ciddi məxfilik çərçivəsində tərcümə olunur.
🔹 Təsdiqlə təqdimat
Zərurət olduqda, tərcümə etdiyimiz sənədləri notarial təsdiq, apostil və ya leqalizasiya üçün tam hazır formada təqdim edirik.
Tərcümə etdiyimiz hüquqi sənədlər:
Müqavilələr (əmək, icarə, satınalma və s.)
Vəkalətnamələr
Məhkəmə sənədləri və qərarları
Doğum, nikah, ölüm haqqında şəhadətnamələr
Kommersiya və vergi sənədləri
Təhsil və kvalifikasiya sənədləri (diplom, attestat)
Şirkət nizamnamələri və dövlət qeydiyyatı sənədləri
Miqrasiya, viza və konsulluq sənədləri
Hüquqi arayışlar, çıxarışlar və s.
Hüquqi sənədlərinizi bizə etibar edin –
Dəqiqlik, peşəkarlıq və məxfiliyə zəmanət veririk.